...

ÜST 5 yaşdan yuxarı şəxslərə ikinci “buster” dozanın tətbiq edilməsini tövsiyə edib

Cəmiyyət Materials 14 İyul 2022 14:31 (UTC +04:00)
ÜST 5 yaşdan yuxarı şəxslərə ikinci “buster” dozanın tətbiq edilməsini tövsiyə edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə ikinci “buster” dozanın tətbiq edilməsini tövsiyə edib.

ÜST-ün Azərbaycan Nümayəndəliyindən Trend-ə verilən məlumata görə,əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır.

5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci “buster” dozanın tətbiq edilməsi, yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi, mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi tövsiyələr arasında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti