...

Pandemiyada məsafədən iş rejimi böhran vəziyyətini idarə etmək təcrübəsi formalaşdırdı - Orxan Məmmədov

Cəmiyyət Materials 15 İyul 2022 19:33 (UTC +04:00)
Pandemiyada məsafədən iş rejimi böhran vəziyyətini idarə etmək təcrübəsi formalaşdırdı - Orxan Məmmədov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COVID-19 pandemiyası dövründə şəraitə uyğun olaraq məsafədən iş rejiminə keçən təşkilatlar üçün böhran vəziyyətini daha yaxşı idarə etmək təcrübəsi formalaşdı.

Trend-in məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, bu hal gələcəyə yönümlü, dəyişən situasiyalara və fors-major hallara sürətli uyğunlaşma kimi keyfiyyətlərə malik komandalar üçün daha asan oldu.

"Bu baxımdan daha səmərəli və adaptiv iş şəraiti yaratma istiqamətində çevik fəaliyyətin təşkili bu gün hər birimiz üçün uğurlu bir təcrübə kimi qiymətləndirilə bilər. Müasir dövrdə hər bir fəaliyyət sahəsi sosial mediaya bağlanır, istifadəçilər öz fikirlərini, müxtəlif informasiyaları paylaşmaq üçün bu alətdən istifadə edirlər.

Əməkdaşlar onlardan sadəcə asudə vaxtlarını keçirmək üçün istifadə etmirlər, həm də öz işlərində istifadə edirlər, KOBİA-nın fəaliyyəti ilə bağlı məlumatların, mühüm mesajların geniş təbəqəyə çatdırılmasında fəal iştirak edirlər. Eyni zamanda, əməkdaşlar biznes sahəsində maraqlı tərəflərlə əlaqələrin qurulmasında, o cümlədən ehtiyacların, ictimai fikirin öyrənilməsi və sahibkarlığın inkişafına dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində sosial medianın imkanlarından faydalı şəkildə istifadə edirlər", - deyə O.Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti