...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 17 İyul 2022 12:12 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-41°, bəzi yerlərdə 43-44° isti, dağlarda gecə 10-15° isti, gündüz 28-33° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti