...

Paytaxtda 45 avtobusun hərəkət intervalında gecikmələr var

Cəmiyyət Materials 27 İyul 2022 09:06 (UTC +04:00)
Paytaxtda 45 avtobusun hərəkət intervalında gecikmələr var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yollarda qeydə alınan sıxlıq marşrut avtobuslarının gecikməsinə səbəb olub.

Vahid Dispetçer Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 19 müntəzəm marşrut xətti üzrə 45 avtobusun hərəkət intervalında gecikmələr var.

1. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-9 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti