...

Azərbaycanda magistratura üçün müraciət edən tələbələrin say açıqlanıb

Cəmiyyət Materials 29 İyul 2022 16:45 (UTC +04:00)
Azərbaycanda magistratura üçün müraciət edən tələbələrin say açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ali təhsilin magistratura səviyyəsinə ümumilikdə 10 957 nəfər portal.edu.az vasitəsilə elektron qaydada müraciət edib, 10 832 nəfər isə qəbul olduqları ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ali təhsilin magistratura səviyyəsi üzrə elektron qaydada sənəd qəbulu 26 iyul 2022-ci il tarixində başa çatıb.

Ali təhsil müəssisələrinə elektron qeydiyyat prosesilə tələbələr təhsil haqlarını nağdsız formada portal.edu.az, gpp.az, "eManat" ödəniş terminalları, həmçinin poçtlar, banklar və bankların mobil tətbiqləri vasitəsilə ödəyə bilərlər. Dövlət sifarişi ilə qəbul olan tələbələr əgər valideyn himayəsindən məhrum və ya onlar arasından olanlardırsa, müəyyən edilmiş təqaüdün minimum iki misilindən az olmayaraq təqaüdün alınması, ödənişli əsaslarla qəbul olanlar isə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün müraciət imkanına malikdirlər. Eyni zamanda Təhsil Tələbə Krediti üçün müraciət etmək istəyən şəxslər portal.edu.az-dan qeydiyyatdan keçərkən hansı növ təhsil krediti almaq istədiyi barədə təhsil müəssisəsini məlumatlandıra bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti