...

Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib

Cəmiyyət Materials 1 Avqust 2022 10:00 (UTC +04:00)
Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib.

Bu barədə Trend-ə KTM-dan bildirilib.

Onlardan 158-i Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan sancıb.

Zəhərlənən şəxslərin 66-sı qadın, 72-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti