...

Bakıda 160-a yaxın avtobus tıxacda qalıb

Cəmiyyət Materials 1 Avqust 2022 18:40 (UTC +04:00)
Bakıda 160-a yaxın avtobus tıxacda qalıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 68 müntəzəm marşrut xətti üzrə 159 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Sıxlıq əsasən aşağıdakı küçə və prospektlərdə müşahidə edilir:

1.Qara Qarayev prospekti – Hər iki istiqamətdə (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 21, 30, 35, 40, 44, 46, 49, 51, 62, 64, 81, 132 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12 - 17 dəqiqə gecikmə müşahidə olunur.

2. Bakı-Sumqayıt şossesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti