...

Binəqədidə 4 küçənin təmirinə başlanılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 3 Avqust 2022 09:50 (UTC +04:00)
Binəqədidə 4 küçənin təmirinə başlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlanılıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi üzrə 5.5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işlərinin qəsəbənin ümumi uzunluğu 2.4 km olan 4 küçəsində aparılmasına start verilib.

Təmirinə başlanılan küçələr Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələridir. Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülür.

Daha sonra isə küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti