...

ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

Cəmiyyət Materials 3 Avqust 2022 19:33 (UTC +04:00)
ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 aprel tarixli 1670 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında isə Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi yaradılmışdır.

Qeyd edilənlərin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 548 nömrəli Qərarında müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli 279 nömrəli Qərarı ilə həmin Siyahıda müvafiq dəyişikliklər edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti