...

Oğuzda yanğın başlayıb

Cəmiyyət Materials 20 Avqust 2022 21:43 (UTC +04:00)
Oğuzda yanğın başlayıb

Bakı. Trend:

Oğuz rayonunun Calut kəndi ərazisindəki əkin sahələrində yanğın baş verib.

Trend xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) regional idarəsinin rəisi Akif Məmmədovun sözlərinə görə, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsin, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”,- deyə Akif Məmmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti