...

Ombudsmanın Milli Preventiv Qrupu sosial xidmət müəssisəsinə baş çəkib

Cəmiyyət Materials 23 Avqust 2022 19:56 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupu sosial xidmət müəssisəsinə baş çəkib

Bakı. Trend:

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə baş çəkiblər.

Ombudsman Aparatından Trend-ə bildiriblər ki, başçəkmə zamanı müəssisənin bütün ərazisinə, o cümlədən yataqxanaya, mətbəxə, yeməkxanaya, reabilitasiya və tibb otaqlarına baxış keçirilib, sosial xidmətin təşkili ilə bağlı mövcud vəziyyət araşdırılıb.

Rəftar məsələlərinin öyrənilməsi məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları, burada çalışan psixoloq, sosial işçi və digər ixtisaslı mütəxəssislərlə söhbət aparılıb.

Həmçinin MPQ üzvləri tərəfindən saxlanma şəraiti ilə bağlı aşkar olunan çatışmazlıqların aradan qaldırılması, əlilliyi müəyyən edilmiş uşaqların hüquqlarının təmini və təbliği, habelə bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Bununla yanaşı, ombudsmana müraciət formaları, 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti