...

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yer bu fənn üzrə olub

Cəmiyyət Materials 8 Sentyabr 2022 14:45 (UTC +04:00)
Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yer bu fənn üzrə olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yer musiqi fənni üzrə olub.

Trend-in məlumatına görə, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu say 1 857-dir. N.İsmayılbəyli vurğulayıb ki, rayonlar üzrə vakant yer bölgüsünə gəlincə, 1 679 yer Lənkəran-Astara Regional Təhsil İdarəsində, ikinci yer Bakı şəhəri üzrə Təhsil İdarəsində 1 117 vakant yer, ən az yerlər isə nazirliyə tabe olan müəssisələrdən 63 və internatda 62 olaraq müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti