...

Bəzi dağ çaylarından daşqın və sel keçəcək

Cəmiyyət Materials 9 Sentyabr 2022 12:27 (UTC +04:00)
Bəzi dağ çaylarından daşqın və sel keçəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın rayonlarında qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti