...

Azərbaycanda 274 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 10 Sentyabr 2022 18:40 (UTC +04:00)
Azərbaycanda 274 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 274 yeni yoluxma faktı qeydə alınıb, 613 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 596 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 170 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 574 aktiv xəstə var. Bu günə qədər 9 852 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 252, bu günə qədər isə ümumilikdə 7 191 050 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti