...

Abşeron Rayon Mərkəzi Xəstəxanasında maliyyə pozuntuları aşkarlanıb

Cəmiyyət Materials 13 Sentyabr 2022 17:01 (UTC +04:00)
Abşeron Rayon Mərkəzi Xəstəxanasında maliyyə pozuntuları aşkarlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron Rayon Mərkəzi Xəstəxanasında maliyyə pozuntuları aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının 2017-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayına qədərki maliyyə-təsərrüfat fəaliyyətini əhatəedən yoxlama zamanı isə işçilərə fasiləsiz əmək stajına görə vəzifə maaşının 30 %-i əvəzinə 40 %-i məbləğində əlavə haqq kimi, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan bəzi qeyri-tibb işçilərinə isə aylıq vəzifə maaşının 3 misli əvəzinə 5 misli məbləğində müddətli əlavə ödənildiyi aşkar edilib.

Həmçinin normadan artıq ərzaq məhsullarının istifadəsinin rəsmiləşdirildiyi, menyu-tələbnamələrdə xəstələrin saylarının artırılması hesabına ərzaq məhsullarının qanunsuz uçotdan silindiyi, eləcə də, təbii qaz xərcinin artıq ödənildiyi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti