...

Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Abdullayevin doğum günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2022 10:17 (UTC +04:00)
Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Abdullayevin doğum günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Abdullayevin doğum günü Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qeyd edilib.

Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biri də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur. Kapitan Abdullayev Rəşad Arif oğlu 14.09.1988-ci il tarixində Cəlilabad rayonunda anadan olmuşdur. 2020-ci il Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsi zamanı 29.09.2020-ci il tarixində Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ,”Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 16.05.2021-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində 1500 metr məsafəsi olan küçə şəhid Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun adına əbədiləşdirildi. Küçə əsaslı təmir edilmiş və küçənin başlanğıc hissəsində şəhidin barelyef abidəsi quraşdırılmışdır. 14.09.2022-ci il tarixində şəhidin doğum günü ilə əlaqədar barelyef abidəsi Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və I Qarabağ müharibəsi əlillərinin iştirakı ilə ziyarət edilmiş, abidənin önünə gül çələngi qoyulmuş, şəhidin ruhu anılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti