...

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2022 16:34 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib (FOTO)

Bakı. Trend:

16 sentyabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib.
Tədbirdən öncə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qəbulda Milli Məclisin deputatı Aydın Hüseynov, Qızıldaş qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti