...

Pensiyaçılar arasında həvəskar şahmatçıların “Zəfər turniri” keçiriləcək

Cəmiyyət Materials 19 Sentyabr 2022 11:19 (UTC +04:00)
Pensiyaçılar arasında həvəskar şahmatçıların “Zəfər turniri” keçiriləcək

Bakı. Trend:

Turnirdə iştirak etmək istəyən pensiyaçılar 142 - Çağrı Mərkəzinə şəxsi məlumatlarını təqdim edərək və ya bu məlumatları Dövlət Sosial Müdafiə Fondunun "Facebook" və "Instagram" sosial şəbəkə hesablarına göndərərək qeydiyyatdan keçə bilərlər.

Fonddan Trend-ə verilən məlumata görə, həmçinin DSMF-nin regional filiallarına yaxınlaşaraq ərizə yazmaqla da qeydiyyatdan keçmək mümkündür. Qeydiyyatdan keçmiş şəxslər arasında ilkin seçim mərhələsi olacaq. "Zəfər turniri"ndə yalnız bu mərhələdən uğurla keçmiş pensiyaçılar iştirak edə biləcəklər.

Məlumat üçün deyək ki, turnir yaşa görə pensiyaya çıxan pensiyaçılar arasında keçiriləcək. Qeydiyyat sentyabr ayının 19-dan oktyabr ayının 19-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti