...

“Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşdı

Cəmiyyət Materials 20 Sentyabr 2022 16:27 (UTC +04:00)
“Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşdı

Bakı. Trend:

Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən 25.09.2021 – 30.07.2022 tarixləri ərzində həyata keçirilən “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşdı.

Layihənin nəticəsi olaraq tədris iştirakçılarının 80%-nin işlə təmin olunmasına dəstək göstərilib.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlərə töhfə vermək və Qarabağın sosial-iqtisadi rifahının yüksəldilməsi, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçılarının da məşğulluğunun təmin edilməsi məqsədi ilə layihə çərçivəsində mühasibatlıq kursları təşkil edilmiş, kursu bitirən şəxslərin məşğulluğunu təmin etmək üçün Mühasiblərin Karyera Forumu təşkil edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti