...

Gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi - DSX-nin hərbi hospitalından reportaj (FOTO/VİDEO)

Cəmiyyət Materials 21 Sentyabr 2022 16:08 (UTC +04:00)
Gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi - DSX-nin hərbi hospitalından reportaj (FOTO/VİDEO)

Bakı. Trend:

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend-in çəkiliş qrupu Dövlət Sərhəd Xidmətinin yaralı hərbiçilərinin müalicə aldığı hospitalda olub və Trend BİA-nın baş direktor müavini Sahil Kərimli onların vəziyyəti ilə maraqlanıb.

DSX-nin hərbi qulluqçusu Təbriz Ramazanov bildirib ki, hazırda vəziyyəti yaxşıdır.

"Ayın 12-dən 13-nə keçən gecə müşahidələrimiz nəticəsində düşmənin bizim postlarımıza yaxınlaşdığını gördük və dərhal lazımi tədbirləri görərək, düşmən təxribatının qarşısını aldıq. Düşmən tərəfinin atdığı əl qumbarası nəticəsində qəlpə yarası aldım", - deyə o əlavə edib.

DSX-nin hərbi qulluqçusu Bəhram Qarayev qeyd edib ki, hospitala gəldiyi ilk günlər ayaqları üzərində dayana bilmirdi.

Hərbi qulluqçu Anar Rüstəmov bildirib ki, sərhədçilərimiz düşmənlə döyüşdə xüsusi qəhrəmanlıqlar, şücaətlər göstərib.

"Həkimlərimiz sayəsində vəziyyətim getdikcə yaxşılaşır. Sentyabrn 12-dən 13-ə keçən gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi. Bu zaman sərhədçilərimizin ayıq-sayıq xidməti nəticəsində düşmənin postlarımıza yaxınlaşdıqlarını gördük və döyüş əməliyyatına başladıq. Əməliyyat zamanı düşmən itki verərək geri çəkildi", - deyə o bildirib.

DSX Hospitalının rəisi Şükür Eyvazov bildirib ki, məhz düzgün və vaxtında həyata keçirilən tibbi yardımlar nəticəsində ağır yaralıların həyatı xilas edilib.

Trend videoreportajı təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti