...

Elnur Rzayev Milli Qəhrəman Yavər Şahbazovun əməliyyat olunan anasını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2022 14:37 (UTC +04:00)
Elnur Rzayev Milli Qəhrəman Yavər Şahbazovun əməliyyat olunan anasını ziyarət edib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Çaykənarı kəndində Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun ailə üzvləri ilə görüşüb.

Elnur Rzayev Milli Qəhrəmanın ailə üzvləri ilə həmsöhbət olub, əməliyyat olunan Gülşən Şahbazovanın səhhəti ilə maraqlanıb. Görüşdə Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidilərimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb.
Rayon İcra başçısı Elnur Rzayev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi qələbə sayəsində vaxtilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda bu gün həyat yenidən canlanır, məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdır.

Milli Qəhrəmanın atası Əlibala Şahbazov dövlətimiz və ordumuzla qürur duyduğunu bildirib. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.

Qeyd edək ki, Şahbazov Yavər Əlibala oğlu 1973-cü il noyabrın 1-də Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. O, 1995-ci il martın 13-də dövlət çevrilişinə cəhdin qarşısını alınması zamanı qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas edərkən qəhrəmanlıqla həlak olub.

Xəbər lenti

Xəbər lenti