...

Nərimanovda ahıllarla gənclərin birgə tədbirləri planlaşdırıldı (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2022 19:26 (UTC +04:00)
Nərimanovda ahıllarla gənclərin birgə tədbirləri planlaşdırıldı (FOTO)

Bakı. Trend:

Rayonun bir qrup ahıl sakinləri ilə keçirilən görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev cəmiyyətimizdə hər zaman ahıllara, yaşlı insanlara dərin ehtiram, ağsaqqal sözünə böyük hörmət olduğunu bildirib.

Trend xəbər verir ki, icra başçısı ölkədə ahıllara göstərilən diqqət və qayğını vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətdən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı işlərdən danışıb.

Səmimi söhbət şəraitində keçən tədbirdə ağsaqqallarla gənclərin silsilə görüşlərinin keçirilməsi qərara alınıb.

Tədbirdə iştirak edən yaşlı nəslin nümayəndələri onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, ölkəmizin inkişafı naminə görülən tarixi işlərdə uğurlar arzulamışlar.

Xəbər lenti

Xəbər lenti