...

Özəl təhsil sektorunun inkişafı vacibdir - Emin Əmrullayev

Cəmiyyət Materials 3 Oktyabr 2022 10:53 (UTC +04:00)
Özəl təhsil sektorunun inkişafı vacibdir - Emin Əmrullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda özəl təhsil sektoru yeni anlayışdır.

Trend-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, özəl təhsil sektorunun artması nazirlik üçün kifayət qədər vacibdir.

“Özəl təhsil müəssisələrində uşaqların ətrafında fərqli imkanlar yaranır. Təhsil Azərbaycanla Türkiyə arasında ən qabaqcıl istiqamətlərdən biridir. Hazırda Türkiyədə 28 min azərbaycanlı tələbə təhsil alır. Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin təhsilimizdə yeni nəfəs olacağına inanıram”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti