...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 3 Oktyabr 2022 16:33 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada birinci və ikinci mərhələ üzrə vaksinasiya olunmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya da olunmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 892 610, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 383 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 821, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 846 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti