...

Dava edən şagirdlər valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb - DİN

Hadisə Materials 4 Oktyabr 2022 13:38 (UTC +04:00)
Dava edən şagirdlər valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb - DİN
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər arşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib.

"Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti