...

Xocavənddə kütləvi məzarlıq aşkarlanıb

Gündəm Materials 4 Oktyabr 2022 13:41 (UTC +04:00)
Xocavənddə kütləvi məzarlıq aşkarlanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocavənd. Trend:

Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, məzarlıqda 12 nəfərə aid qalıqlar aşkarlanıb. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti