...

Dini ianələrin elektron qaydada ödənilməsi üçün qaydalar hazırlanır

Cəmiyyət Materials 4 Oktyabr 2022 15:05 (UTC +04:00)
Dini ianələrin elektron qaydada ödənilməsi üçün qaydalar hazırlanır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İanələrin elektron qaydada ödənilməsi üçün qaydalar hazırlanır.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

O bildirib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.

“Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.

Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetində hazırlanır. Proses başa çatdırıldıqdan və qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir və hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə nəzarəti həyata keçirmir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti