...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 4 Oktyabr 2022 16:33 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 654 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 951, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 424, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 90 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 894 264, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 384 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 010, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 380 227, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 936 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti