...

Jurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda keçirilən təlimlər yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2022 14:23 (UTC +04:00)
Jurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda keçirilən təlimlər yekunlaşıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə telejurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda keçirilən təlimlər yekunlaşıb.

Trend-in məlumatına görə, bu gen ADA Universitetində təlimlərin yekunlaşması və iştirakçılara sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycan bu cür təlimlərin keçirilməsi davamlı olacaq. O qeyd edib ki, Azərbaycan mətbuatının ehtiyacları qiymətləndirilərək ona uyğun bu cür təlimlər keçirilir. “Çalışırıq ki, Azərbaycan mətbuatının ümumi ehtiyaclarını müəyyən edərək bu cür təlimlər keçirək. Ümid edirəm ki, bu təlimlər də jurnalistlərin peşəkarlığının artırılmasına öz töhfəsini verəcək”, - deyə Ə.İsmayılov qeyd bildirib.

Təlimlərə Azərbaycan televiziyalarında fəaliyyət göstərən jurnalistlər cəlb edilib.

Keçirilən təlimlərin məqsədi televiziyada xəbər istehsalının təkmilləşdirilməsi, rəqəmsallaşmanın stimullaşdırılması, audiovizual istiqamətdə xarici bilik və təcrübələrin tətbiqinin genişləndirilməsi və daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır.
4 gün müddətində jurnalistlərə “Əl-Cəzirə” Media Şəbəkəsinin telejurnalisti Mohamed Elatyeb tərəfindən “mobil jurnalistika”, “video jurnalistika”, “televiziya jurnalistikası”, təkbaşına tam televiziya məzmununun hazırlanması üçün öyrənilməli və əldə edilməli olan bacarıqlar, xəbər otaqlarının işləmə mexanizmi, televiziya istehsalı və xəbər dünyasına daxil olan yeni proqram təminatları və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Telejurnalistlər üçün keçirilən “Audiovizual media mühitində universal jurnalist” təlim proqramının media sahəsində yeni trendin başlanğıcına, keyfiyyətli kontent yaradılmasına, jurnalistlərin peşəkar inkişafına, xarici təcrübəyə əsaslanan nəzəri biliklərin artırılmasına və yerli mediada tətbiqinin reallaşdırılmasına töhfə verməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti