...

Ani ürək dayanması keçirən insana nələri etmək lazımdır?

Cəmiyyət Materials 17 Oktyabr 2022 16:48 (UTC +04:00)
Ani ürək dayanması keçirən insana nələri etmək lazımdır?

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının həkim kardioloqu Şəhla Ağayeva “Həkim məsləhəti” rubrikasında “Ani ürək dayanması keçirən insana nələri etmək lazımdır” sualını cavablandırıb

Kardiak arrest adlandırılan ürək dayanması ürək vurğularının anidən dayanmasıdır. Ürək dayanması ilə orqanizmdə qan dövranı dayanır. Bu vəziyyət insan orqanizmində orqan və toxumaların oksigensiz qalmasına gətirib çıxarır. Oksigen olmadıqda insan orqanizmi çox sürətli bir şəkildə həyati funksiyalarını itirməyə başlayır. Bu səbəbdən Təcili Tibbi Yardım, tibbi briqada gələnə qədər ani ürək dayanması keçirən şəxsi həyatda saxlaya bilmək üçün ilk dəqiqələrdə müdaxilə edilməsi son dərəcə önəmlidir. Çünki statistik göstəricilər heç bir müdaxilə edilmədən keçən hər dəqiqədə insanın həyatda qalma şansının 10-12% azaldığını göstərir. Yəni ani ürək dayanması olan şəxsə heç bir şəkildə müdaxilə edilməzsə 10 dəqiqənin sonunda təəssüf ki, artıq edilə biləcək bir şey qalmır. İlk dəqiqələrdə lazımi müdaxilənin edilməsi insanın həyatda qalma ehtimalını artırır.

Ani ürək dayanması keçirən birini gördükdə nələri etmək lazımdır ?

İlk olaraq huşun, tənəffüsün, nəbzin olub-olmaması nəzarət edilməlidir. Huşsuz, tənəffüssüz (və ya anormal tənəffüs), nəbzsiz olduqu anlaşıldığı zaman həmən ətrafdan kömək istənilməli və Təcili Tibbi Yardım çağırılaraq müdaxiləyə başlanılmalıdır.

İlk yardım qapalı ürək masajı ilə başlayır. Xəstə sərt bir yerdə uzadılmalı, ağızda yad cisim varsa xaric edilməli, hava yolunu açmaq üçün bir əl xəstənin alnına digər əlin iki barmaqı çənə sümüyünə yerləşdirilərək baş geri çənə yuxarı pozisiyası verilməli və ürək masajına başlanılmalıdır. Ürək masajı üçün döş sümüyünün alt və üst kənarı təsbit edilməli, alt yarısına bir əlin ovucu yerləşdirilməli,digər əl bu əlin üzərinə yerləşdirilərək,barmaqlar bir birinə kilitlənilməlidir. Əllərin barmaqları döş qəfəsinə təmas etdirilmədən, dirsəklər bükülmədən, ovuc içi ilə döş sümüyü üzərində bədənə dik olacaq şəkildə 5-6 sm. dərinliklə basqılar edilməlidir. 30 dəfə basqıya qarşı 2 dəfə ağızdan-ağıza nəfəs verilməlidir. Bu basqılar dəqiqədə 100-120 basqı olacaq şəkildə tənzimlənməlidir. Bu müdaxiləyə xəstənin yaşam refleksləri və TTY gələnə qədər aralıqsız davam etdirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti