...

Azərbaycan tvinninq layihələrinin sayı üzrə regionda liderdir - Nazir

Cəmiyyət Materials 28 Oktyabr 2022 09:39 (UTC +04:00)
Azərbaycan tvinninq layihələrinin sayı üzrə regionda liderdir - Nazir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli münasibətləri müəyyən edəcək ikitərəfli Sazişdə ətraf mühit məsələləri mühüm yer tutur.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii tərvətlər naziri Muxtar Babayev bu gün Aİ-nın dəstəyi ilə həyata keçirilən «Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərinin gücləndirilməsi» layihəsinin açılış mərasimində deyib.

Nazir bildirib ki, ölkəmiz üçün ətraf mühitin mühafizəsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, su ehtiyatlarının və tullantıların idarə olunması, ekoloji təhsil və təlim, davamlı meşə idarəçiliyi, ətraf mühitə dair məlumatların ictimaiyyətə çatdırılması, hava keyfiyyətinin yaxşılaşdırılması, bioloji müxtəlifliyin qorunması kimi məsələlər prioritet hesab olunur.

"Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində həyata keçirilən regional layihələrdə də fəal iştirak edir.

Ümümdünya Meteorologiya Təşkilatının yaydığı məlumata əsasən iqlimin sürətlə dəyişməsi nəticəsində dünyada təbii fəlakətlərin sayi və intensivliyi artmaqdadır. Planetimizin elə bir regionu yoxdur ki, təbii fəlakətlərlə üzləşməsin, misal üçün Pakistanın 1/3 hissəsində su altında qalan əhali böyük itkilərlə bu faciənin təsiri altındadır. Bu yaxında Amerikada baş verən Yan fırtınası, Fransada dağıntilara səbəb olan atmosfer hadisəsi bir daha göstərdi ki, heç bir iqtisadiyyat iqlim böhranından sığortalı deyil. Təbii ki, belə proseslərin qarşısını almaq mümkün deyil. Lakin vaxtında verilmiş dəqiq proqnoz və xəbərdarlıqlar baş verə biləcək mənfi fəsadları azaldmaq, insanların həyatını xilas etmək mümkün edir.

Bu səbəbdən bütün dünyada milli proqnoz qurumlarının potensialının artırılması ölkələrin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Biz Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən ölkələrə göstərilən dəstəyi yüksək qiymətləndirir, qurumla işguzar əməkdaşlığımızı davam etdiririk",-nazir qeyd edib.

O bildirib ki, hazırda Azərbaycan Respublikası tvinninq layihələrinin sayı üzrə regionda liderdir: "Və müxtəlif illərdə ölkənin müxtəlif qurumlarının benefisiar olduğu tvinninq layihələri Avropa Komissiyası tərəfindən ən uğurlu layihələr statusunu alıb.

O cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin benefisiarı olduğu “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin təkmilləşdirilməsi” adlı tvinninq layihəsi 2019-cu ildə Aİ tərəfindən bütün ölkələrdə həyata keçirilən layihələr arasında ən uğurlu layihələrdən biri kimi seçilmişdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti