...

Pedaqoji Universitetdə yazıçı Varis Yolçuyevlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2022 13:50 (UTC +04:00)
Pedaqoji Universitetdə yazıçı Varis Yolçuyevlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatlatının (ADPU TGT) təşkilatçılığı ilə tanınmış yazıçı Varis Yolçuyevlə görüş keçirilib.

Görüşdə yazıçı tələbələrə bədii ədəbiyyatın dünyagörüşümüzə təsirindən danışmış, ədəbiyyatın insan şəxsiyyətinin formalaşmasındakı roluna toxunmuşdur.

Varis Yolçuyev yazıçılıq fəaliyyəti ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, həmçinin yeni nəşr olunacaq romanı haqqında məlumat verib. Görüş diskussiya ilə davam etdirilib.

Sonda xatirə şəkili çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti