...

ADPU-da "Gələcəyin ən yaxşı müəllimi" müsabiqəyəsinə start verilib (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2022 09:54 (UTC +04:00)
ADPU-da "Gələcəyin ən yaxşı müəllimi" müsabiqəyəsinə start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) təşkilatçılığı ilə keçirilən tələbələr arasında "Gələcəyin ən yaxşı müəllimi" müsabiqəyəsinə start verilib.

Layihə çərçivəsində universitetin fakültələrində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr arasından seçilən namizədlər açıq dərs formatında interaktiv təlim üsulları ilə dərslər keçirlər. Hər bir fakültədə metodist alimlərdən ibarət münsiflər heyəti dərsləri müşahidə edərək qiymətləndirir.

Layihənin məqsədi tələbələrin pedaqoji təcrübə və müəllimlik fəaliyyətinə başlamalarına, bilik və bacarıqlarla yanaşı, məzmunu çatdırmaq, effektiv qarşılıqlı ünsiyyət və auditoriyanı idarə etmək keyfiyyətlərinin inkişafına dəstək verməkdir.

Layihənin ilk mərhələsi ADPU-nunTarix və coğrafiya fakültəsində keçirilib. Əvvəlcə fakültə dekanı dosent Asif Axundov və ADPU TKİB sədri Nərgiz Quluzadə çıxış edərək layihənin əhəmiyyətindən söz açmış və iştirakçılara uğurlar arzulayıblar.

Fakültədə layihəyə müraciət edənlər arasından seçim mərhələsini uğurla keçmiş 6 tələbə hazırladıqları açıq dərs təqdimatlarını nümayiş etdirmiş və professor-müəllim heyəti tərəfindən dərslərin qiymətləndirilməsi aparılmışdır.

Müəllim və tələbələr tərəfindən böyük maraala qarşılanan layihədə fakültə üzrə ən çox bal toplayan tələbə Limunət Cəfərova diplomla mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti