...

Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Cəmiyyət Materials 31 Oktyabr 2022 09:49 (UTC +04:00)
Vətən müharibəsi iştirakçısına vəzifə verildi
Bakı. Trend:

Göygöl rayonunda Vətən müharibəsi iştirakçısına vəzifə verilib.

Trend-in məlumatına görə, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin sərəncamı ilə Vətən müharibəsi iştirakçısı Yusif Hacıyev başçının köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Hacıyev Yusif Faiq oğlu Bakı Dövlət Universitetini bitirib. 2020-ci il sentyabr ayından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti