...

Yerli universitetlərin tədris və tədqiqat sahələrinin inkişafına çalışırıq - Nazir

Cəmiyyət Materials 31 Oktyabr 2022 11:10 (UTC +04:00)
Yerli universitetlərin tədris və tədqiqat sahələrinin inkişafına çalışırıq - Nazir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Savadlılıq səviyyəsini mümkün qədər artırmalıyıq.

Trend-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq konfransdakı çıxışında deyib.

Nazir bildirib ki, şagirdlər elmi savadlılığa malik olmalı və bu səpkidə dəyişikliklər baş verməlidir.

"Yerli kurikulumlarla bağlı islahatlar aparılmalı və bunun vasitəsilə araşdırma kampaniyasını icra etməliyik. Ənənəvi tədqiqat institutları, milli akademiya formatında fəaliyyət göstərən təsisatların gənc universitetlərlə əlaqə qurmalarına çalışırıq. Qara qızılın insan kapitalına çevrilməsi devizi ilə gənclər üçün fürsətlər yaradılıb",- nazir deyib.

E.Əmrullayev bildirib ki, xaricdə təhsil proqramı ilə 3 mindən çox azərbaycanlı dünyanın aparıcı universitetlərində təhsil alıb və öz ölkəsinə töhfə verir: "Şadam ki, mən də bu proqramın məzunuyam və Azərbaycana qayıdaraq öz ölkəmə töhvə verirəm. Elm millət və irq tanımır. Nazirlik olaraq aspirantura və fəlsəfə doktoru proqramlarını icra edirik, ABŞ universitetlərinin bir neçəsi ilə əlaqə qurmuşuq. Bu səpkidə səyləri davam etdiririk. Tərəfdaşlıq vasitəsilə yerli universitetlərin tədris və tədqiqat sahələrinin inkişafına çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti