...

Bayram günlərində elektrik qatarları necə işləyəcək? - AÇIQLAMA

Cəmiyyət Materials 1 Noyabr 2022 16:20 (UTC +04:00)
Bayram günlərində elektrik qatarları necə işləyəcək? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bayram günləri ölkədə elektrik qatarlarının hansı qrafiklə işləyəcəyi məlum olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bayram günləri Bakı-Xırdalan-Sumqayıt, Bakı-Pirşağı-Sumqayıt və Bakı-Gəncə-Bakı marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik olmayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə, bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6, 7, 8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti