...

Sorğuda iştirak et, Qarabağın dirçəlişinə dəstək ol!

Cəmiyyət Materials 4 Noyabr 2022 10:43 (UTC +04:00)
Sorğuda iştirak et, Qarabağın dirçəlişinə dəstək ol!

Bakı. Trend:

Qarabağ Dirçəliş Fondunun mövcud və potensial donorlar arasında keçirdiyi sorğu davam edir.

Sorğunun əsas məqsədi vətəndaşların Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə münasibətinin, bu prosesdə iştirakçılığının, mövqelərinin düzgün təhlil edilməsidir.

Sorğunun nəticələri Fondun gələcək fəaliyyəti, cəmiyyətin üzvlərinin bərpa prosesində iştirakçılığının təmin olunması və Qarabağın bərpası istiqamətində ianələrin cəlb olunmasına mühüm töhfə verəcək.

Qeyd olunmalıdır ki, sorğu anonim şəkildə keçirilir.

Cəmi 3-5 dəqiqə vaxt sərf etməklə sorğuda iştirak edə və Qarabağın inkişafına dəstək ola bilərsiniz.

Sorğuda iştirak etmək üçün aşağıda qeyd olunan linkə daxil olun:

https://qdfaz.questionpro.com/ferdi-sorgu

Qeyd edək ki, hazırda ölkə başçısının tapşırığına əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır - minlərlə kilometr uzunluğunda yeni yollar çəkilir, infrastruktur bərpa olunur, yaşayış binaları və müəssisələr tikilir, hava limanları və dəmir yolları inşa edilir.

Şəhərlərin, yüzlərlə kənd və qəsəbənin, on minlərlə binanın, yaşayış yerlərinin, böyük bir infrastruktur sistemlərinin və nəqliyyat yollarının yenidən qurulması, 1 milyona yaxın qarabağlının öz yurdlarına qayıtması prosesində dövlətlə yanaşı, vətəndaş cəmiyyətinin, ictimai həmrəyliyin rolu olduqca önəmlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti