...

AzMİU-nun layihəsi Elm Fondunun elan etdiyi müsabiqənin qalibi oldu

Cəmiyyət Materials 5 Noyabr 2022 17:52 (UTC +04:00)
AzMİU-nun layihəsi Elm Fondunun elan etdiyi müsabiqənin qalibi oldu

Bakı. Trend:

Zəfər Günü ərəfəsində Azərbaycan Elm Fondu tərəfindən elan edilən “Qarabağ‑Azərbaycandır!” adlı qrant müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə iştirak edən 32 layihədən Azərbaycan üzrə yalnız 8-i qalib olaraq seçilib.

Azərbaycan üzrə seçilən layihələrdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) məxsusdur. Universitetin “Materialşünaslıq” kafedrasının müdiri, professor İradə Şirinzadənin rəhbərliyi ilə təqdim olunmuş layihənin adı “Qarabağın tarixi abidələrinin bərpasında istifadə ediləcək inşaat məhlulları tərkiblərinin işlənməsi”dir.

Layihə Qarabağın tarixi abidələrinin bərpası üçün həyati əhəmiyyət kəsb edir. Belə ki, Qarabağın tarixi abidələri konflikt dövründə erməni işğalçıları tərəfindən ya tamamilə dağıdılmış, ya da ciddi zərər görmüşdür. Hətta bir sıra abidələr (Şahbulaq Qalası) düşmənlərimiz tərəfindən kobudcasına “bərpa edilmiş”, XVIII əsrin abidəsini portlandsement əsaslı suvaqla sanki yamamışlar. Layihə belə abidələrin bərpası üçün original məhlullara bənzər tərkiblərin işlənib hazırlanmasına və bərpaçılara təqdim olunmasına həsr edilib.

Qeyd edək ki, layihənin icrası üçün Azərbaycan Elm Fondu tərəfindən150 000 manat büdcə ayrılıb. Qrant layihənin icrası 24 ay müddətində nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti