...

Mingəçevir Dövlət Universiteti İstanbul Gedik Universiteti ilə birgə tədbir keçirəcək

Cəmiyyət Materials 6 Noyabr 2022 18:49 (UTC +04:00)
Mingəçevir Dövlət Universiteti İstanbul Gedik Universiteti ilə birgə tədbir keçirəcək

Bakı. Trend:

2022-ci ilin 7 noyabr tarixində İstanbul Gedik Universiteti və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan birgə tədbir keçiriləcəkdir.

MDU-dan Trend-ə verilən məlumata görə, ZOOM proqramı üzərindən onlayn formatda təşkil ediləcək tədbirin açılışında İstanbul Gedik Universitetinin rektoru Ahmet Kesik və MDU-nun rektoru Şahin Bayramov çıxış edəcəklər.

Panel sessiyada İstanbul Gedik Universitetinin akademik heyət üzvlərindən professor Gülsün Ayhan Aygörmez “Zəfər Günü və dövlət müstəqilliyi”, professor Enver Alper Güvel “Müstəqilliyin bərpasından sonra Azərbaycanın iqtisadi performansı və potensialı”, MDU-nun akademik heyət üzvlərindən dosent Elgün Aslanov “Azərbaycan – Türkiyə qardaşlığı zəfərlərimizin qarantıdır” və müəllim Şəlalə Quliyeva “Regional və dünya nizamını dəyişdirən 44 günlük Vətən Müharibəsi” mövzularında məruzələrini təqdim edəcələr.

Tədbir Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti