...

Hər məşqdə nəticəmi yaxşılaşdırmağa çalışıram - aerobika gimnastikası üzrə Bakı çempionatının qalibi

Cəmiyyət Materials 12 Noyabr 2022 21:15 (UTC +04:00)
Hər məşqdə nəticəmi yaxşılaşdırmağa çalışıram - aerobika gimnastikası üzrə Bakı çempionatının qalibi

Bakı. Trend:

Hər məşqdə nəticəmi yaxşılaşdırmağa çalışıram.

Bunu şənbə günü Trend-ə aerobika gimnastikası üzrə VI Bakı çempionatının yeniyetmələr kateqoriyasında fərdi proqramda qalibi Dilarə Qurbanova deyib.

"İldən-ilə proqramımız mürəkkəbləşir, kateqoriyalar dəyişir. Biz yeni gimnastika elementlərini öyrənirik, bütün yarışlara diqqətlə hazırlaşırıq. Həftədə 6 dəfə məşq edirik, hər məşqdə öz nəticəmi yaxşılaşdırmağa çalışıram”, - D.Qurbanova bildirib.

Gimnastın sözlərinə görə, zaman keçdikcə qazanılan yarış təcrübəsi yarışlardakı həyəcanın öhdəsindən gəlməyə kömək edir.

"Qarşıda məni Şəki şəhərində aerobika gimnastikası üzrə Azərbaycan çempionatının daxil olduğu Birləşmiş Gimnastika Yarışları gözləyir. Gələn il isə Portuqaliya və Yaponiyada beynəlxalq yarışlar keçiriləcək. Ümid edirəm ki, orada yaxşı nəticə göstərəcəyəm", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti