...

Noyabrın 15-də respublika üzrə pensiyalar ödəniləcək

Cəmiyyət Materials 14 Noyabr 2022 09:56 (UTC +04:00)
Noyabrın 15-də respublika üzrə pensiyalar ödəniləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Respublika üzrə pensiyaların ödənilməsi noyabr ayının 15-i tarixinə nəzərdə tutulub.

Bu barədə, bu gün Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Bundan əvvəl, oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 14-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti