...

YAP-ın 30 illiyinə həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2022 13:32 (UTC +04:00)
YAP-ın 30 illiyinə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları QSC-nin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstünü və şəhidlərin xatirəsinə həsr edilmiş guşəni ziyarət edib, gül dəstələri düzüblər.

Tədbirdə dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıblar. Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına təşəkkürnamələr, eləcə də partiya sıralarına yeni qəbul olunmuş 30 nəfərə üzvlük vəsiqəsi təqdim edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti