...

Noyabrın 25-də bütün sosial yardımlar ödəniləcək

Cəmiyyət Materials 22 Noyabr 2022 09:48 (UTC +04:00)
Noyabrın 25-də bütün sosial yardımlar ödəniləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə, bu gün Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir.

Gələn il pensiyaların orta aylıq məbləğinin builkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə builkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti