...

Mingəçevir Dövlət Universitetində “Müasir təhsil trendləri və süni intellekt” mövzusunda seminar keçirilib

Cəmiyyət Materials 23 Noyabr 2022 07:24 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində “Müasir təhsil trendləri və süni intellekt” mövzusunda seminar keçirilib

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Müasir təhsil trendləri və süni intellekt” mövzusunda seminar keçirilib.

MDU-dan Trend-ə bildiriblər ki, seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Universitetin İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təqdimatla çıxış edərək dördüncü sənaye inqilabı şəraitində təhsilin əsas inkişaf trendləri, informasiya texnologiyalarının müasir inkişafı, “Machine Learning”, “Deep Learning”, elektron və virtual reallıq barədə ətraflı məlumat verib.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti