...

Mərkəzi Gömrük Hospitalında TEVAR əməliyyatı icra edilib

Cəmiyyət Materials 25 Noyabr 2022 10:49 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında TEVAR əməliyyatı icra edilib

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinə bıçaq saplanır tərzdə şiddətli ağrı ilə daxil olan 70 yaşlı pasiyent dərhal kardioloji müayinədən keçib. Pasiyentin Exokardioqrafiya müayinəsinin nəticələri normal çıxıb. Dəqiq diaqnozun təyin edilməsi üçün pasiyent Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində tomoqrafiya müayinəsindən keçirilib.

KT müayinəsinin nəticələrinə əsasən pasiyentin aorta damarının yırtıldığı və bununla bağlı aorta damarı ətrafında ciddi hematoma - qan yığıntısı olduğu müəyyənləşdirilib. Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu tərəfindən pasiyent dərhal 24 saat içində angioqrafiya otağına alınıb və TEVAR əməliyyatı edilib. Səhhəti normallaşan pasiyent bir gün sonra evə yazılıb.

Dr.İlqar Tahiroğlu bildirib ki, kürək nahiyəsində başlayan ciddi şiddətli ağrılar mütləq bir şəkildə dəqiq müayinə tələb edir. Xüsusilə, yüksək təzyiq, şəkərli diabet xəstələrinin müayinədən keçməsi çox önəmlidir. Çünki, bu hal həyati təhlükə yaradan bir vəziyyətdir və ölüm nisbəti yüksəkdir. Aorta disseksiyası mütləq bir şəkildə kardioloqlar və təcili yardım həkimləri tərəfindən dəqiq bir şəkildə dəyərləndirilməli və gecikdirilmədən müdaxilə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti