...

Şakrak qəhrəmanı Tuzla Kitab Sərgisində uşaqlarla görüşüb (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 Noyabr 2022 19:52 (UTC +04:00)
Şakrak qəhrəmanı Tuzla Kitab Sərgisində uşaqlarla görüşüb (FOTO/VİDEO)

Bakı. Trend:

TurkicWorld-un rəsmi media sponsoru olduğu “Şakrak”-ın İstanbulda , Tuzla Kitab Sərgisində “Şakrakla Oynamağa Hazırsan?" interaktiv şou keçirilib. Yaxşılıq hissini gücləndirəcək oyunlarla dünya uşaqlarına “oxumaq” mədəniyyətini izah edən Şakrak qəhrəmanı Türkiyənin Tuzla şəhərində açılan Tuzla Kitab Sərgisində uşaqlarla görüşüb. Müəllif və prodüserin təşkil etdiyi tədbirdə kitab oxumağın əhəmiyyəti, mədəniyyəti və faydaları haqqında söhbətdən sonra Şakrak maskotu ilə diqqət və yaddaş oyunları, komanda oyunları oynanılaraq əyləncəli anlar yaşanıb.

Tuzla Bələdiyyə Başçısı Dr.Şadi Yazıcının rəhbərlik etdiyi "Sevgiylə Oxu" temalı kitab sərgisinin 5-ci buraxılışı 25 noyabr - 4 dekabr 2022-ci il tarixləri arasında Tuzlada davam edəcək. Minlərlə nəşriyyatçı və yazarın iştirakı ilə keçirilən təşkilat Tuzla Bələdiyyəsi Mədəniyyət və Sosial İşlər Müdirliyi tərəfindən koordinasiya edilir.

Dünya coğrafiyasını macəra hekayəsinə çevirən Şakrakın 7-ci hekayə kitabının tanıtımı Tuzlada baş tutur. Elm və texnologiya macəracısı olaraq oxuculara təqdim edilən Şakrak 7 hekayəsi zəka tapmacalarından kodlu sözlərə qədər bir çox məzmunu ilə uşaqlarla görüşməyə davam edir.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyəli yazar "Şakrak" personajının ssenari müəllifi Ayşe Gül kara Zorlu arasında rəsmi media tərəfdaşlığı 2022-ci ilin noyabr ayının 5-də imzalanıb.

Tuzla Kitab Sərgisi "Şakrak" Proqram Təqvimi

29 noyabr saat 15.30

2 dekabr saat 16.00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti