...

ADPU-nun Quba filialında növbəti yenilik (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2022 12:01 (UTC +04:00)
ADPU-nun Quba filialında növbəti yenilik (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında "Təhsil sistemləri və layihələrin idarə edilməsi" fənni üzrə "Azərbaycan və Türkiyə təhsil sistemlərinin müqayisəli təhlili" mövzusunda keçirilən seminar-dərsə Türkiyə Respublikasının Təhsil Nazirliyinin mütəxəssisi, Azərbaycanda təhsil müşaviri vəzifəsində çalışmış Dr. Nihat Böyükbaş dəvət olunmuşdur.

ADPU-dan Trend-ə verilən məlumata görə, filialın müəllimi, Qazi universitetinin doktorantı Şəhla İbişova tədris etdiyi fəndə dərslərə müntəzəm qaydada mövzuya uyğun olaraq Türkiyənin təhsil sahəsində çalışan alim və mütəxəssisləri dəvət olunur.

Dr. Nihat Böyükbaş Türkiyədə həyata keçirilən müasir təhsil islahatları ilə Azərbaycanın təhsil uğurlarını müqayisəli paralellərlə təhlil edərək tələbələrin bu mövzu ilə əlaqali suallarını cavablandırmışdır.

Onlayn dərsdə filialın direktoru dosent Yusif Alıyev, müəllimlər və tədris şöbəsinin əməkdaşları iştirak etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti