...

Azərbaycan Respublikası Prokurorluğunun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2022 12:30 (UTC +04:00)
Azərbaycan Respublikası Prokurorluğunun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib (FOTO)

Bakı. Trend:

Cari ilin noyabrın 28-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv dövlətlərin Assambleyasının 11-ci sessiyası keçirilib.

Təşkilata üzv ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

11-ci sessiyasının açılışında IACA-nın dekanı və icraçı direktoru Tomas Ştelzer çıxış edərək Akademiyanın inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş uğurlar və gələcək planlar barədə ətraflı məlumat vermişdir.

Tədbir çərçivəsində çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş institusional islahatlar, qanunverici və preventiv tədbirlər barədə geniş məlumat verərək, Respublikamızda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyəti, korrupsiya cinayətlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsi təcrübəsi haqqında, habelə aktivlərin izlənməsi və əmlakın bərpası sahəsində başlanmış Avropa İttifaqının “Tvinninq” layihəsinin implementasiyası üzrə görülmüş işlər barədə tədbir iştirakçıları məlumatlandırılmışdır.
Bundan əlavə sessiya zamanı Akademiyanın fəaliyyəti, 2021-2024-cü illər üzrə İş Proqramı, 2023-cü il üçün nəzərdə tutulmuş büdcə, eləcə də korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində yaranan problemlər və onların həlli yolları kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Həmçinin Azərbaycan nümayəndə heyəti ilə Akademiyanın rəhbərliyi, habelə bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlıq imkanları barədə danışıqlar aparılmışdır. Tərəflərin Assambleyasının 11-ci sessiyasında Azərbaycan Respublikasının Avstriya Respublikasında səfiri və BMT-nin Vyana bölməsində Daimi Nümayəndəsi Rövşən Sadıqbəyli iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti