...

Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır - Xəbərdarlıq

Cəmiyyət Materials 20 May 2023 11:47 (UTC +04:00)
Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır - Xəbərdarlıq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə vətəndaşlara müxtəlif şirkətlərin adından sərfəli iş təklifləri və ölkədə fəaliyyət göstərən bankların adından saxta iş elanları paylaşılır.

Trend xəbər verir ki, vətəndaşlardan işə qəbulla əlaqədar göndərilən keçidə daxil olaraq müvafiq məbləğdə ödəniş etmələri üçün bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti