...

Sabahdan DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

Cəmiyyət Materials 3 Mart 2024 18:04 (UTC +04:00)

Bakı. Trend:

Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

Bu barədə Trend-ə DİM-dən bildirilib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Xəbər lenti

Xəbər lenti